Sənət 14:52 15.11.2021

Akif İslamzadə: “Bu sualı səfərləri təşkil edənlərə verin...”

"Gün o gün olsun Xankəndiyə gedim”.

Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Akif İslamzadə deyib.
 
O bildirib ki, işğal edilən torpaqlar azad olunandan sonra həmin rayonların heç birinə səfər etməyib:

"Niyə getməməyimlə bağlı sualı azad olunan torpaqlara səfərləri təşkil edənlərə verin. Deyin ki, işğaldan azad edilən torpaqlara edilən səfərlərdə Akif İslamzadə nəyə görə yoxdur? Dəvət gəlməyib, getməmişəm”.

Akif İslamzadə torpaqların işğaldan azad olunmasını böyük addım adlandırıb:

"Əsas odur ki, biz döyüşü udmuşuq”.

Bahar Rüstəmli