Sənət 21:45 15.12.2017

Akif İslamzadə illər sonra sirrini açdı: “Hamıdan gizlədirdim”

Xalq artisti, tanınmış sənətçi Akif İslamzadə illər sonra yaradıcılığı ilə bağlı sirrini açıb.

Qaynarinfo xəbər verir ki, yenicag.az-a açıqlama verən xalq artisti sandığında gizlətdiyi və heç yerdə səslənməyən musiqilərindən danışıb. Sənətkar yaxın günlərdə o mahnıları üzə çıxartmaq niyyətində olduğunu deyib:

"Bunu ilk dəfədir ki, deyirəm. Evdə bir sandığım var. Elə mahnılarım var ki, o sandıqda gizlətmişəm. Onlar heç kimin eşitmədiyi ifadır. İstəyirəm ki, heç olmasa bundan sonra üzə çıxarım. Dinləyicilərin o musiqiləri necə qarşılayacağı mənə də maraqlıdır. Hətta o bəstələrdən ibarət albom buraxmağı da düşünürəm”.