Ölkə 10:53 18.07.2013

“Akkord”un qarajında faciə

Hadiəsnin səbəbləri araşdırılır


Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən qarajda kişi meyiti tapılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Zığ qəsəbəsində yerləşən və “Akkord” şirkətinə məxsus olan avtomobil qarajında işləyən Ağdaş rayon sakini 1963-cü il təvəllüdlü Piriyev Məmmədağa Ağadadaş oğlunun meyiti tapılıb. Meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb.

İlkin məlumata görə, M.Piriyev ürək çatışmazlığından ölüb. Ölümün səbəbləri araşdırılır.


Qaynar.info