Dünya 16:12 07.05.2019

Ərdoğan AKP-nin namizədini açıqladı

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədi Binəli Yıldırım olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan NTV kanalına açıqlama verib. Partiya iclasında bu barədə qərar qəbul edilib. Ölkə rəhbəri 23 iyunda baş tutacaq seçkilərə hazırlaşdıqlarını bildirib.

Qeyd edək ki, 31 martda keçirilən bələdiyyə seçkilərində Cümhuriyyət və Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu 13 min 729 səslə Binəli Yıldırıma qalib və ona 17 apreldə mandat təqdim edilib. Lakin Ali Seçki Komissiyası ötən gün İstanbul üzrə seçki nəticəsini ləğv edib və 23 iyuna 2-ci seçkiləri təyin edib.

Gülşən