Ölkə 13:50 03.05.2019

Akif Çovdarovun işçisi azadlığa çıxır?

Sabiq MTN-çilərdən biri hakim qarşısına çıxarılıb.

Qaynarinfo Yeni Sabah-a istinadən xəbər verir ki, ləğv edilniş MTN-nin Nəqliyyat və Energetika və Sahələrində Təhlükəsizlik Baş İdarəsinin tabeliyindəki idarələrdən birinə rəhbərlik etmiş Akif Əliyevin cəzası azaldılıb.

Ali Məhkəmənin qərarı ilə onun cəzası 5 ildən 4 ilə endirilib. Bu qərarla sabiq MTN-çinin yaxın aylarda azadlığa buraxılacağı gözlənilir.

Xatırladaq ki, A.Əliyev Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarənin rəisi Akif Çovdarovla birlikdə mühakimə olunub.

O, 2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin cinayət məsuliyyətinə cəlb edilən 21 əməkdaşından biri idi.