İdman 17:00 10.06.2019

Alban futbolçu "Qəbələ"dən UEFA-ya şikayət edəcək

Albaniyalı futbolçu Sabien Lilyay "Qəbələ" klubundan UEFA-ya şikayət etməyə hazırlaşır. 

Qaynarinfo azerisport.com-a istinadən xəbər verir ki, futbolçu klubdan ayrıldıqdan sonra ona ödənməli pulun verilmədiyini iddia edir. 

"Qəbələ" ona pulun ödənəcəyini bildirsə də, hələ ki, ödəniş reallaşmayıb. Bu səbəbdən Lilyay və ya meneceri bu günə, ya da sabah klubdan UEFA-ya şikayət edəcək.