Ölkə 20:17 08.04.2019

Ali Məhkəmənin hakimi canlı yayımda suallarınızı cavablandıracaq

Prezident İlham Əliyevin fərmanı ilə məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi mövzusunda canlı yayım təşkil olunacaq.

"Qafqazinfo”nun məlumatına görə, Ali Məhkəmənin hakimi Sənan Hacıyev aprelin 9-u saat 11:00-da sosial şəbəkədə canlı yayıma qoşularaq islahatlar haqda danışacaq. Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı prezidentin 03.04.2019-cu il tarixli fərmanının mahiyyəti barədə məlumatlı olmaq istəyirsinizsə, aprelin 9-i, səhər saat 11:00-da Ali Məhkəmənin hakimi Sənan Hacıyev "ProDemos"da canlı yayımda olacaq.

Canlı yayımda hər bir vətəndaş hakimə suallar üvanlaya və yerində cavab ala biləcək.