Ali Rıza Özdəmir:

Ali Rıza Özdəmir: "Şah İsmayıl bir türk xaqanı idi"

Ali Rıza Özdəmir kimdir?

1977-ci ildə Ərzincanda anadan olub. Atatürk Universitetinin Fənn-Ədəbiyyat fakültəsinin coğrafiya bölməsindən məzun olub. Kitabları xaricində məqalə və şeirləri müxtəlif nəşriyyat orqanlarında yayımlanan Ali Rıza Özdemir XXI əsr Türkiyə İnstitutunun Siyasi, Sosial və Mədəni Tədqiqatlar Mərkəzində elmi məsləhətçi vəzifəsini icra edir. Özdəmir tədqiqatlarının əsas istiqamətlərini tarixi coğrafiya, dinlər coğrafiyası və etnik coğrafiya təşkil edir.

Ali Rıza Özdəmirin "Türk Hakanı: Şah İsmail” əsəri

Ali Rıza Özdemirin oxuculara təqdim etdiyi bu kitab Türkiyədə Səfəvi tarixi və xüsusilə də Şah İsmayılın tərcümeyi-halı haqqında mühüm bir boşluğu doldurmaq baxımdan dəyərlidir. Müəllif araşdırdığı mövzunu ağır akademik bir üslubdan istifadə etmədən, hərkəsin başa düşəcəyi sadə bir dillə təqdim edir, lakin buna baxmayaraq bəhs etdiyi hadisələri və irəli sürdüyü fikirləri mənbələrə söykənərək elmi baxımdan əsaslandırır.

Kitabın ilk fəsli Şah İsmayılın mənşəyi, ikinci fəsli Şahın mədəni fəaliyyəti, üçüncü fəsli isə onun dövlət anlayışından bəhs edir. Tarixi problemlərə aydınlıq gətirmək baxımdan əsərin sual-cavab hissəsi də diqqəti cəlb edir. Müəllifin son söz hissəsində isə Şah İsmayıl şəxsiyyəti ilə bağlı gəldiyi qənaət çox xoşumuza gəldi.  Onu sizlərlə paylaşırıq:

Əsərin son sözü

"Şah İsmayıl Türk tarixinin rəngli simalarından biridir. 37 il davam edən qısa ömrünə çox şeyi sığdırdı. Haqqında edilən qarayaxmalara və psixoloji kompaniyalara diqqət yetirməyin.

Çox böyük şəxsiyyət idi.

Yaxşı təhsil almışdı.

Əsas tərbiyəçilərinin ikisi də Türk idi.

Biri lələ, digəri də dədə...

Şamlu Lələ Hüseyn Bəy...

Dülqədirli Dədə Abdal bəy

Şah İsmayılın bir çox vəsfi var.

Şair idi.

Arif idi.

Alim idi.

Mürşid idi.

Əhli Beyt aşiqi idi.

Döyüşçü idi.

Dövlət adamı idi.

Və Türk idi.

Bəli sözün əsl mənasında Türk idi və bir türk xaqanı idi.

Hətta onun həyatından bəhs edən dövrün mənbələrindən birinin adı Cihangüşa-yi Xaqan: Tarix-i Şah İsmayıl idi.  

Fərat ilə Ceyhun arasında uzanan geniş ərazilərdə böyük bir dövlət yaratdı.

Dövlətini qurmaq üçün yola rəvan olanda yanında sadəcə yeddi nəfər var idi.

Yaratdığı dövlət, Türk dövləti idi.

Türkcə baxmış, Türkcə görmüş, Türkcə danışmış, Türkcə eşitmiş, Türkcə sevmiş, Türkcə yazmışdı...

Biri divan ikisi məsnəvi olmaqla cəmi 3 şeir kitabını özündən sonra irs qoydu.

Türklük onun aldığı nəfəs idi...

Onun qurduğu Qızılbaş Türk dövləti tarixçilərin də qəbul etdiyi kimi İranı Azərbaycan mərkəzli Türk milli dövləti olaraq formalaşdırmışdı.

Şah İsmayıl ordusunun demək olar ki, hamısını və dövlət idarəçiliyinin isə çox böyük bir qismini Türklərdən formalaşdırmışdı.

Tutduğu yerlərə Türk valiləri təyin edir, onlar da tayfalarından bir qismini özləri ilə apararaq idarəçiliyə yiyələnirdilər.

Onun dövründə İran, bu başdan o başa Türk hakimlər/valilər tərəfindən idarə edilirdi...

Şah İsmayıldan Pəhləvilərin hakimiyyətə gəldiyi 1925-ci ilə qədər bugünkü İran türklərin idarəçiliyi altında idi. Onun yaratdığı dövlət ənənəvi türk dövləti quruluşunun bütün xarakterik xüsusiyyətlərini özündə daşıyırdı...

Qurumların bir çoxu Türkcə adlar daşıyırdı.

İran Şah İsmayıl dövründə Qızılbaş dövləti altında idarə edilən bir Türk dövləti idi. O qədər güclü bir təməl qoydu ki, ondan sonra da İran bir Türk dövləti olaraq qaldı.

Ruhu şad olsun...”
 
Elnur Nəciyev
XƏBƏRLƏR
BLOGLAR