Sənət 17:04 19.05.2014

Alim Qasımovun Təbriz konserti niyə təxirə salndı?

Azərbaycanın xalq artisti Alim Qasımovun Təbriz şəhərində mayın 27-nə planlaşdırılmış konserti təxirə salınıb.

Trend İranın "Fars" xəbər agentliyinə istinadən məlumat verir ki, bunu sənətkarın İran proqramları üzrə meneceri Xosrov Sərtipi bildirib.

O deyib ki, sənətkarın təcili səfəri səbəbindən konsert proqramı Ramazan ayından sonraya qədər təxirə salınıb.

Xatırladaq ki, dünya şöhrətli xanəndə mayın 13-də Tehranda konsert verib.

Qaynar.info