Dünya 13:07 12.09.2020

Alimlər aqressiv beyin xərçənginin əsas səbəbini tapdılar

 
Aqressiv beyin xərçəngi forması ortaya çıxmazdan əvvəl insanlarda bir gen azalır. 

Qaynarinfo xəbər verir ki, bu kəşf Kaliforniya Universitetinin bir qrup alimi tərəfindən əldə edilib. SMARCB1 geni bəzi insanlarda təsirsiz hala gəlir və bu, sinir sistemi və beyində sürətli şiş böyüməsinə səbəb olur.

Daha çox xəstəliyin bu forması üç yaşınadək uşaqlarda diaqnoz edilir. Yeri gəlmişkən, buna yeniyetmə və hətta böyüklərdə nadir təsadüf edilir. Bu, beyin xərçənginin ən təhlükəli növüdür. Şiş çox sürətlə irəlilədiyi üçün hələ lazımi müalicə üsulu tapılmayıb. 

Alimlər kəşflərinin xəstəliyi məğlub etməyin yollarını tapmağa kömək edəcəyinə ümid edirlər.

Alpər