Beynəlxalq alimlər qrupu ilk dəfə asteroid və meteoritlərdə yaşaya bilən mikroorqanizmləri kəşf edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Elmi hesabatlar” (Scientific Reports) nəşri məlumat yayıb.
Tədqiqatçılar yüksək temperaturdan və turşuluqdan qorxmayan "Metallosphaera sedula” arxeyasını seçib. Nümunələr 2020-ci ildə tapılmış, çəkisi 120 kq olan "Northwest Africa 1172” meteoritinin sterilizasiya edilmiş səthinə yerləşdirilib.
Obyekt müxtəlif metalların qarışığından ibarətdir və məsaməli quruluşa malikdir. Bu, elm adamlarına müşahidə işində kömək edib. Nəticədə kosmik parçanın bakteriyalar üçün yerüstü minerallardan daha çox qidalandırıcı olduğu üzə çıxıb.
Koloniyaların nəzarət sahələrində sürətli böyüməsi müşahidə edilib. Bundan əlavə, onlar mövcudluqlarının məxsusi izlərini buraxıb. Gələcəkdə elm adamları bu izlər vasitəsilə digər meteoritlərin canlı orqanizmlərlə haçansa təmasda olub-olmadığını müəyyən edə biləcəklər.
Qeyd edək ki, noyabrın 23-də Ussuriysk Astrofizika Rəsədxanasının astronomu İqor Lopin ölçüsü Çelyabinsk meteoriti ilə müqayisə olunan yeni bir asteroidin Yerə yaxınlaşma təhlükəsi haqda məlumat verib.
Şərhlər