Alimlər beynin qocalması prosesini tədqiq ediblər

Alimlər beynin qocalması prosesini tədqiq ediblər

İnsan yaşa dolduqca, onun beyni qocaldıqca beynin prefrontal qabığının müxtəlif hissələri arasında uzlaşma zəifləyir.

Rusiya, Sinqapur və Kanadanı təmsil edən bir qrup alim beynin qocalması prosesində onun funksiyalarının yenidən təşkil olunduğunu müəyyənləşdiriblər. Maraqlıdır ki, əvvəlki ehtimallardan fərqli olaraq, bu prosesin tədricən deyil, xeyli sürətlə getməsi məlum olub. Mütəxəssislər 82 tədqiqatın nəticələrini təhlil edərək bu qənaətə gəliblər ki, müxtəlif yaşlı insanların işçi yaddaşının funksiyaları fərqlidir.

Tədqiqatın müəllifləri bildiriblər ki, 18-35 yaşlı insanlarda prefrontal qabığın müxtəlif sahələri arasında uzlaşma daha yüksək olur, 35-55 yaşlarında uzlaşma tədricən zəifləyir, 55 yaşdan sonra isə uzlaşmanın açıq-aşkar zəifləməsi müşahidə olunur.

Tədqiqatçılar yəqin ediblər ki, bu sahələr arasında uzlaşmanın azalması beyin qabığının əmgək hissələrinin fəallaşması ilə kompensasiya olunur. Alimlərin sözlərinə görə, bu fakt qocalmaqda olan beynin işçi yaddaş mexanizminin funksional baxımdan yenidən təşkil olunmasını göstərir.

Mütəxəssislər deyiblər: "İnsanın bütün həyatı boyu beyin dəyişir və bu proses bizim əvvəllər güman etdiyimizdən daha dinamikdir”. (Azərtac)

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR