Sağlamlıq 16:49 16.05.2020

Alimlər xərçəngin ən yayğın 13 simptomunu açıqladılar

Tibb mütəxəssisləri ən çox müşahidə edilən xərçəng əlamətlərini açıqlayıblar. Bənzər simptomları görsəniz, çəkinməyin, həkimə müraciət edin. Vaxtında diaqnoz qoyulduğu təqdirdə xərçəng müalicə edilə bilər.

Qaynarinfo həmin əlamətləri təqdim edir:

1. Xüsusən bir aydan çox çəkən ağrılar

Lösemi sümük ağrısına səbəb ola bilər; sümüklər əsasən onlarda bədxassəli şişlər olarkən ağrı verir. Kişilərin xayasında ağrı olduğu vaxt da xərçəngdən şübhələnmək olar. Qadınlarda qarın ağrısı, çanaq sümüyü bölgəsindəki ağırlıq və bağırsaqların solğun fəaliyyəti mümkün yumurtalıq və ya ana bətni xərçəngini göstərir.

2. Uzun müddət bağırsaq problemləri və ya qarında köp

Bir ay və ya daha çox müddətdə müşahidə olunan bağırsaq hərəkətlərindəki dəyişiklik bağırsaq xərçəngini göstərə bilər. Şişkinlik mədə və ya yumurtalıq xərçəngi əlaməti ola bilər.

3. Qanama

Qanlı nəcislər rektal bir şiş haqqında "məlumat verir", ancaq sidikdə qan olduğuna görə sidik kisəsi və ya böyrək xərçənginin olub olmadığını yoxlaya bilərsiniz. Menstruasiya arası, həmçinin menopozun başlanğıcında görünən qan ana bətnində, xüsusən də endometriumda zərərli bir mutasiyanın mümkün bir inkişafını göstərir. Lösemi kimi bir xəstəlik qanaxma və davamlı hematomlar (qançırlar) ilə müşayiət olunur. Əgər qanlı öskürək və qanlı qusma hiss edirsinizsə, həkiminizdən bunun ağciyər, mədə və ya qida borusu xərçəngi olub-olmadığını soruşa bilərsiniz.

4. Tez-tez infeksiyaya yoluxma və ya qızdırma

Bu əlamətlər insanda immun çatışmazlığı virusu (HİV), limfoma və ya lösemidə müşahidə olunur.

5. Artan yorğunluq

Zəiflik günlərlə ötüb keçmirsə, 8 saatlıq yuxu və düzgün qidalanma da yorğunluğu rahatlaşdırmırsa, seçim olaraq "onkologiyadan" şübhələnməyə dəyər.

6. Xroniki öskürək, xırıltı, sinə ağrısı, nəfəs darlığı və xışıltılı nəfəs

Bunlar ağciyər xərçəngindən xəbər verir. Bundan əlavə, səsdə uzun müddətli xırıltı qalxanvari vəzinin, yuxarı nəfəs borusunun və ya qida borusunun xərçəngindən xəbər verir.

7. Udmaqda çətinlik 

Xırıltıda olduğu kimi, boğaz və ya qida borusu xərçənginin əlamətidir. Bu növ "onkologiya" ilə birlikdə yanma hissi və ya ağrı da olur.

8. Daimi mədə qıcqırması

Turşuluğun artıq olmasıyla yanaşı, burada qida borusunun xərçəngi də istisna edilmir.

9. Dırnaqların forma və ya rəngini dəyişməsi 

Dırnağın aşağı sürüşməsi və bükülməsi xroniki hipoksiyanı göstərir və ağciyər xərçəngi ilə əlaqəli ola bilər. Dırnaq altındakı tünd ləkələr mümkün bir dəri xərçəngini göstərir. Dırnaqların şişməsi qaraciyər xərçəngindən şübhələnməyə imkan verir.

10. Sarılıq

Mütləq hepatit və ya öd kisəsinin onkoloji olmayan problemlərinin əlaməti  deyil. Bəlkə də mədəaltı vəzin xərçəngi özünü belə göstərir.

11. Sərt və izah edilə bilməyən arıqlama 

Bu hal bəzən qaraciyər xərçəngində, həmçinin mədəaltı vəzi və ya süd vəziləri, yoğun bağırsq və ya ağciyər xərçəngində müşahidə edilir.

12. Şişkinlik

Limfa düyünləri həm yoluxucu xəstəliklərdə, həm də məmə xərçəngində artır. Bu xərçəng növünə də süd vəzilərinin şişməsi və ya iltihabı ilə əlaqədar diaqnoz qoyulur.

Boyun, mədə, qasıq və testislərdə şişlər də orada bədxassəli bir prosesin baş vermə ehtimalının olduğunu göstərir.

13. Xalların formasını dəyişməsi və yenisinin peyda olması

Əksər hallarda yeni xalların əmələ gəlməsi dəri xərçəngi üçün bir siqnal deyildir. Bununla birlikdə, şəfa tapmayan yaralar meydana gəlsə, xallar böyüsə, rəngləri dəyişsə, asimmetrik olsa, bunun da "həmin xəstəlik" olması qorxusu təsdiqlənir.
 
Alpər