Sağlamlıq 18:59 13.05.2020

Alimlərdən böyük kəşf: Simptomsuz xərçəng belə müəyyən ediləcək

Avstraliyada dünyada ilk dəfə olaraq orofaringeal xərçəng xəstəliyini tüpürcəkdən istifadə edərək müəyyənləşdirməyə imkan verən test hazırlanıb.

Qaynarinfo Medical Express-ə istinadla xəbər verir ki, Kvinslənd Texnologiya Universitetinin alimləri orofaringeal xərçəngə səbəb olan insan papillomavirusu (HPV) ilə bağlı 665 nəfəri müayinə edib. Birinci və ikinci analizlər HPV-16 DNT-nin mövcudluğunu göstərsə, daha ətraflı müayinə aparılacaqdı.

Nəticədə, bir xəstədə badamcıqlarda karsinoma aşkarlanıb ki, sonradan əməliyyatla götürülüb. Tədqiqatçılar qeyd edir ki, erkən diaqnoz onun sağalma şansını xeyli artırıb.
 
Alpər