Sağlamlıq 16:48 29.07.2020

Alimlərdən mədə xərçənginin öyrənilməsində unikal kəşf

Bütün mədə xərçəngi hallarının təxminən 10%-i Epstein-Barr virusu (EBV) ilə əlaqələndirilir.
 
Qaynarinfo xəbər verir ki, bu nəticə Yaponiya və Sinqapur alimləri tərəfindən hazırlanıb, araşdırma EurekAlert portalında yayımlanıb.

Tədqiqatçılar insan hüceyrələrindəki üçölçülü genom quruluşlarını təhlil edib və EBV pozitiv mədə xərçənginə xas olan genomun anormal şəkildə aktivləşdirilmiş bölgələrini tapıblar. Süni şəkildə becərilən mədə hüceyrələrini də virusa yoluxdurublar - nəticədə EBV "təhlükəli" genlərin anormal aktivləşməsini artırıb.
Alimlərin fikrincə, viral genom mutasiyalar nəticəsində onkogen halına gələ biləcək genlərin aktivləşməsini təşviq edən "epigenetik mənzərəni" dəyişdirir.
Mütəxəssislər bu tapıntıların xərçəng üçün innovativ müalicə üsulu yaratmağa kömək edə biləcəyini deyirlər.
 
Alpər