Sağlamlıq 23:22 15.02.2019

Alimlərdən xərçənglə mübarizədə inqilabi kəşf: Dərmanını tapdılar

ABŞ-ın Luisvil universitetinin araşdırma qrupu xərçəngin əmələ gəlməsənin qarşısını alan dərman hazırlayıblar.

"Ölkə.Az” xəbər verir ki, bu barədə "MedicalXpress” nəşri yazıb.

Alimlərin siçovullar üzərində apardıqları sınaqlar zamanı məlum olub ki, SA-4-1BBL zülalı inkesiyadan 2 həftə sonra orqanizmi xərçəngin yaranmasından maksimum şəkildə müdafiə edir. Preparatın effekti 8 həftəyə qədər davam edir.
Ekspertlərin fikrincə, genlərin kombinasiyası sayəsində əldə edilən zülal inkubator rolunu oynayır. O, orqanizmin zərərli şişlərə qarşı mübarizəsini zəiflədir və xərçəng əleyhinə olan dərmanların təsirli effekt göstərməsinə imkan yaradır.

Bundan başqa, alimlər hazırda SA-4-1BBL dərmanını orqanizmində xərçəng aşkar edilən xəstələrin üzərində sınaqdan keçirmək istəyirlər.