Dünya 10:02 24.03.2018

Almaniya və Fransa Rusiyaya qarşı sərt addımlar atmağa hazırlaşır

Fransa prezidenti Emmanuel Makron və Almaniyanın baş naziri Angela Merkel İngiltərədə rus cəsus Sergey Skripalın zəhərlənməsi ilə əlaqədar Rusiyaya qarşı sərt addımlar atacaqlarını bildiriblər.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Brükseldə baş tutan iclasda çıxış edən Makron və Mekel Rusiyaya qarşı sağlam addımlar atmağa hazır olduqlarını söyləyiblər.

İngiltərədəki zəhərlənmə hadisəsinin bütün Avropa üçün təhdid olduğunu deyən Makron Avropa Birliyindən Rusiyaya tutarlı bir cavab verilməsinin vacibliyini vurğulayıb.