Video 11:35 20.02.2020

Almaniyada 9 nəfəri güllələyən caninin video-müraciəti tapıldı (VİDEO)

Almaniyanın Hanau şəhərində vətəndaşlara atəş açaraq faciə törədən naməlum şəxsin öz hərəkətlərini izah edən video görüntüsü tapılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə fevralın 20-də "Bild" qəzeti məlumat yayıb.

Bundan əlavə, silahlı insidenti törədən şəxsin mənzilində yazılı bir etiraf da tapılıb. Hələ ki materialların detalları haqda məlumat verilmir.

Cinayətkarın ovçuluq lisenziyasının olduğu qeyd olunur. Onun qurbanlarının sayı doqquz nəfərə çatıb, iki yaralının vəziyyəti son dərəcə ağır olaraq qalır.

Xatırladaq ki, hadisə cümə axşamı gecə baş verib - bir nəfər Hanauda iki qəlyan və bukmeker kontorlarına atəş açıb. Daha sonra şübhəli şəxsin cəsədi evində tapılıb, yanında başqa bir cəsəd də olub.

Polisin bildirdiyinə görə, hadisədə başqa birinin iştirakçı olduğunu demək üçün heç bir əsas yoxdur. İşin istintaqı davam edir, təcavüzkarın motivləri müəyyənləşdirilir.
 
Alpər