Dünya 16:08 19.10.2018

Almaniyada bıçaqlı hücum: ölü və yaralılar var

Almaniyanın "Rhineland-Palatinate" əyalətinin "Kirchheim an der Weinstraße" bölgəsində bıçaqlı hücum baş verib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ana narkotik aludəçisi olan oğlundan şikayət edib. Hadisə yerinə gələn polis bıçaqlı hücuma məruz qalıb. 2 polisi yaralayan 25 yaşlı kişi silahla vurularaq öldürülüb. Daha sonra isə 56 yaşlı qadın da dünyasını dəyişib. Qadının ölüm səbəbi bilinmir. 

Gülşən