Dünya 13:20 01.09.2018

Almaniyada zavodda partlayış: 8 yaralı var, 1800 nəfər evakuasiya edildi

Almaniyanın Bavariya əyalətində "Bayernoil" şirkətinə məxsus neftayırma zavodunda güclü partlayış və yanğın baş verib.

Qaynarinfo xəbər verir ki, ilkin məlumata görə 3-ü ağır olmaqla 8 nəfər yaralanıb, 1800 nəfər evakuasiya edilib.

Əraziyə xilasetmə qrupu və yanğınsöndürənlər cəlb edilib.

Gülşən