Dünya 09:53 15.10.2017

Almaniyadan Trampa müharibə xəbərdarlığı

Almaniyanın xarici işlər naziri Siqmund Qabriel ABŞ prezidenti Donald Trampın İrana qarşı sanksiyalar tətbiq etmək fikirlərinin və nüvə sazişinin pozulmasının müharibə riskini artıracağını bildirib.

"Qaynarinfo" xəbər verir ki, o, bu barədə Almaniyanın "Deutschlandfunk" radiosuna açıqlama verib. Nazir nüvə sazişinin pozulması ilə digər dünya dövlətlərində də bu silaha sahibolma istəklərinin yaranacağını vurğulayıb.

"Uşaqlarımız və nəvələrimiz təhlükəli bir dünyada böyüyəcək. Başqa ölkələr də nüvə silahları yarada bilərlər. Beləliklə 10-12 əvvəl olduğu kimi Avropanın yaxınlığında müharibə təhlükəsi yarana bilər", - deyə o, bildirib.

Qeyd edək ki, Tramp nüvə sazişindən imtina etməsə də İranın bu sazişin şərtlərini pozmaması ilə bağlı 90 gündən bir qarşısına gələn sənədə qol çəkməyib. O, məsələnin müzakirəsini ABŞ konqresinə göndərərək, 2016-cı ildə İrana tətbiq edilən, lakin sazişdən sonra götürülən iqtisadi sanksiyaların yenidən tətbiq edilməsini istəyib. Konqres bununla bağlı qərarını 60 gün ərzində verəcək.

Qaynarinfo.Az