Dünya 12:54 24.10.2019

Almaniyadan Türkiyəyə çox ağır ittiham

Türkiyənin Suriyada yaratmaq istədiyi etibarlı bölgəyə beynəlxalq sülhməramlıların yerləşdirilməsi təklifi verən Almaniya Müdafiə naziri Anneqret Kramp-Karrenbauer bu dəfə Türkiyəni Suriya torpaqlarının bir hissəsini ilhaq etməkdə günahlandırıb.

Qaynarinfo xəbər verir ki, nazir Anneqret Kramp-Karrenbauer Almaniyanın NATO müttəfiqi olan Türkiyənin dövlətlər hüququna zidd bir şəkildə Suriyada bir bölgəni işğal etdiyini və insanların buradan çıxarıldığını deyib.

Almaniya siyasətində nüfuzlu şəxslərdən biri olan Azad Demokrat Partiyası parlament qrupunun xarici siyasət sözçüsü Aleksander Qraf Lambsdorff isə Müdafiə nazirini yalan məlumat yaymaqda ittiham edib: 

"Müdafiə nazirinin bu qədər ciddi bir məsələdə kifayət qədər məlumatsız olduğunu göstərməsi çox təəssüfləndiricidir”.

Alpər