Ölkə 19:51 01.10.2019

Almaniyaya təlimə gedən hərbçilərimiz qayıtdı

Almaniyanın "Hohenfels” təlim mərkəzində keçirilən "Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçuları Bakıya qayıdıb.

Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, Amerika Birləşmiş Ştatları Avropa Komandanlığı (EUCOM) tərəfindən keçirilən NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularının hərbi qulluqçularının da qatıldığı təlimdə Azərbaycan Ordusunun nümayəndələrinin peşəkarlığı beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.