Video 17:51 24.08.2020

Alo! 103?.. - "Reinkarnasiya”da qırmızı yuxu… (VİDEO)

Qaynarinfo-nun "Reinkarnasiya” layihəsinin bu buraxılışında qiraətçi Anar Adil şair Ülvi Bahadırın şeirini səsləndirir.

QIRMIZI YUXU…

Başımız üstündə qırmızı bulud,
qırmızı-qırmızı baxır bizlərə…
çiyələk qoxulu qırmızı külək…
…sevgimi paylayır sevgisizlərə?..

Qırmızı yarpaqlar bəzəyir yeri…
…gedir sonsuzluğa bir qırmızı yol…
Qırmızı yanaqlı bir qız oxuyur
"Mən səndən küssəm də, sən yanımda ol…”

Qırmızı bir qarğa neçə saatdır
üzümə durubdu qızıl-qırmızı…
Qırmızı sahildə oğlan nə vaxtdır…
…qırmızı dodağa qalıb tamarzı…

Qırmızı Ay çıxır qaranlıqlardan…
səssizlik mahnısı zümzümə edir.
"Bir cavan oğlanın nəmli qisməti…
…bir qızın qızarmış qismətindədir”.

Qulaq as… qulaq as qırmızı ruhum,
daha burda qalma, sonsuzluğa uç…
- A bala, qan yuyub aparır səni!
- Alo...
- Alo! 103?..