Ölkə 19:02 11.03.2020

“Alov qüllələri”ndə “ölümlə rəqs” videosu ilə bağlı rəsmi açıqlama

"Alov qüllələri”ndə kəndirbazın hərəkəti ilə bağlı yayılmış video kompüter proqramları vasitəsilə hazırlanıb.

Qaynarinfo-nun məlumatına görə, "Alov qüllələri” Kompleksindən "qafqazinfo”ya bildirilib ki, videonun hazırlanmasında effektlərdən istifadə olunub.

Qeyd edilib ki, hər hansı bir kəndirbaz qüllələr arasında hərəkət etməyib.

Mətbuatda yayılmış sözügedən videoda dünən kəndirbazın küləkli hava şəraitində qüllələr arasında hərəkət etdiyi və bu anın helikopter vasitəsilə çəkildiyi bildirilmişdi.

Xatırladaq ki, "Alov qüllələri” Kompleksi Bakı şəhərində ən yüksək bina hesab edilir.