Dünya 16:57 05.08.2017

Alpinisti xilas etməyə çalışan helikopter qəzaya uğrayıb (VİDEO)

Avstriyada Alp dağlarının ən yüksək Qrosqlokner zirvəsində helikopter qəzaya uğrayıb.

"Qaynarinfo"nun məlumatına görə, zirvədə özünü piss hiss edən alpinistləri evakuasiya etmək üçün əraziyə helikopter gəlib. Alpinistlər helikopterə mindikdən sonra pilot idarəetməni itirib. Helikopter qayaya çırpılıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Qəzanın video görüntüsü qarşı qayadakı alpinist tərəfindən çəkilib.

Qaynarinfo.az