Sənət 18:20 29.10.2019

Amaliya Pənahovanın abidəsi hazırdır (FOTO)

Azərbaycanın Xalq rəssamı Natiq Əliyev, mərhum Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr etdiyi heykəltəraşlıq nümunəsini başa çatdırıb.

Qaynarinfo Open.az-a istinadən xəbər verir ki, Natiq Əliyev sənətçinin məzarüstü memorial abidəsini və barelyefini hazırlayıb.



Bildirilib ki, memorial abidənin və barelyefin açılışı noyabrda olacaq. Abidə 8 aya hazırlanıb. Hündürlüyü 2 m 30 sm-dir. Memorial abidə qəhvəyi qranitindən hazırlanıb. Memorial abidənin açılışından sonra Amaliya xanımın yaşadığı küçədə barelyefinin də açılışı olacaq.