Xəbər lenti

Şamaxıda 4.7 və 3.3 maqnitudalı zəlzələlər olub (YENİLƏNİB)
Ölkə 16:29 27.02.2026

Şamaxıda 4.7 və 3.3 maqnitudalı zəlzələlər olub (YENİLƏNİB)

Şamaxıda ikinci zəlzələ qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 16:05-də 3.3 maqnitudalı daha bir zəlzələ baş verib.

Zəlzələ ocağının dərinliyi 10 kilometrdir.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Şamaxıda zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək quruma məlumat daxil olmayıb.

16.10
 
Şamaxı rayonunda yerli vaxtla saat 15:52-də 4.7 maqnitudada zəlzələ qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 5, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

--> -->