Texnologiya 10:47 19.07.2018

"Amazon"un dəyəri 900 milyarda çatdı: "Apple"ın mövqeyi təhlükədədir

"Amazon" şirkətinin birja dəyəri 900 milyard dollara çatıb.

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, şirkət bu dəyəri son 36 saat ərzində 100 milyon ədəd məhsul satdığını elan edəndən sonra qazanıb. "Online" ticarət saytı olan "Amazon" bu il 935 milyard dollar dəyər qazanmış "Apple"a çatmaq üzrədir və iki şirkət arasında ciddi rəqabət gözlənilir.

Qeyd edək ki, "Amazon"un sahibi Ceff Bezos ötən günlərdə sərvətini 150 milyard dollara çatdıraraq müasir dövrün ən varlı şəxsi ünvanına sahib çıxıb.

Gülşən