Dünya 12:04 08.04.2019

"American Airlines" "Boeing" səfərlərini təxirə salır

"American Airlines" ləğv edilən "Boeing 737 Max" səfərlərinin sayını artırıb.

Qaynarinfo CNBC-yə istinadən xəbər verir ki, şirkət daha əvvəl 24 aprelə qədər hər gün 90 səfərin ləğv edildiyini açıqlamışdı. Yeni qərara görə, bu müddət 5 iyuna qədər uzadılıb. 

Qeyd edək ki, 10 martda Efiopiyada "Boeing 737 Max" təyyarəsi qəzaya uğrayaraq 157 nəfərin ölümünə səbəb olmuşdu. Hadisədən sonra bu model təyyarələrin təhlükəsizliyi məsələsi gündəmə gəlib. 

Gülşən