Dünya 13:03 01.07.2020

Amerika qırıcısı Cənubi Karolinada qəzaya uğradı

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16CM qırıcısı Cənubi Karolinadakı hava bazasında təlimlər zamanı qəzaya uğrayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə aviabazanın "Facebook"dakı rəsmi səhifəsində məlumat verilib. 

Məlumata görə, təyyarənin pilotu həlak olub. 

Faciənin səbəbləri dəqiqləşdirilir.

Alpər