Video 12:16 27.01.2019

Amerika - Rusiya döyüşü: cəmi 35 saniyəyə nokaut (VİDEO)

Kaliforniyanın İnqlvud şəhərində Bellator Qran-prisində ağır çəkidə final - "Bellator 214" turnirinin əsas döyüşü keçirilib.

Qaynarinfo xəbər verir ki, finalda rusiyalı Fyodor Yemelyanenko amerikalı Rayan Beyderlə üz-üzə gəlib. 

Döyüş cəmi 35 saniyə davam edib. Amerikalı döyüşçü rusiyalı rəqibini nokauta salaraq çempionluq kəmərinə sahib çıxıb. 

Qeyd edək ki, bu Yemelyanenkonun 45-ci döyüşdə 6-cı məğlubiyyəti olub. Beyder isə 27-ci qələbəsini qazanıb. Onun hesabında 5 məğlubiyyət var.