Ekonomiks 16:05 03.09.2018

Amerika və Avropada təhsil aldı, Azərbaycanda fermer oldu - MÜSAHİBƏ

Qaynarinfo Amerikada və Avropada təhsil aldıqdan sonra Azərbaycana qayıdaraq fermer olmaq qərarına gələn Qədim Vəliyevin müsahibəsini təqdim edir:

- Salam Qədim bəy, biraz özünüz və işiniz haqqında məlumat verin, insanlar sizi daha yaxşı tanıması baxımından. 
- Artıq qeyd etdiyiniz kimi adım Qədimdir, orta məktəbi 12-ci sinif olaraq Amerikada bitirmişəm. Sonra isə Litva və Çexiyada bakalvr və magistr non-degree təhsilimi aldım. Sonda isə Latviyada təcrübə keçdikdən sonra vətənə dönməyə qərara gəldim. Bir müddət müxtəlif sahələrdə  çalışdım, buna rəğmən kənd təsərrüfatına maraq var idi və daim bu sahə ilə məşğul olmaq istəyirdim. Sadəcə ölkədə bazarı yaxşı tanımadığımdan bu sahəyə gələn kimi başlamadım. Özümə biraz vaxt verdim. Nəhayət bir müddət Bakıda yaşadıqdan sonra Göy-Gölə gedib orada yaşamağa və işin incəliklərini öyrənməyə qərara gəldim.  Və nəticə olaraq çoxda böyük olmayan fermam var və eyni zamanda FermadanEve.Az ı təsis etmişəm, məqsəd orqanik məhsulları yetişdirib alıcılara birbaşa satmaqdır. 

- Kənd təsərrüfatı olaraq sırf quşçuluqlamı məşğul olmağı düşünürsüzmü, yoxsa başqa sahələrdə də fəaliyyət göstərəcəksiniz?
- Təbii ki, sırf quşçuluq olmayacaq, ancaq quşçuluq böyük bir hissəsi olacaq.  Bilirsiniz, mən Amerikada təhsil alanda orda sağlamlıq dərsi götürmüşdüm və eyni zamanda mən keçən il Beynəlxalq Fitness təlimçisi  adına layiq görüldüm. 2 praktiki və 2 nəzəri imtahanlardan sonra və bu baxımdan mənim üçün sağlam qida insan həyatının əsas hissəsi olmalıdır. Bildiyiniz kimi xəstəliklərin və ölüm hallarının cavanlaşması mənim qida sahəsinin araşdırmağıma  təkan verdi və  ilk olaraq çox istifadə edilən toyuq əti ilə maraqlanmağa başladım. Beləki dünyada il ərzində 100 milyon tondan çox broyler toyuqları qəbul edilir və uzun araşdırmadan sonra Amerikan Qida və Dərman Administrasiyası qənatə gəliblər k, broyler toyuqları xərçəngin insan bədənində yaranmasına təkan görsədən amillərdən biridir. Həqiqətəndə indi xərçəng xəstəliyi demək olar çox tez-tez rast gəlininən bir xəstəliyə çevrilib bunun əsaslı və başlıca səbəbindən biri qəbul etdiyimiz qidalardır. Və bu qidalar nəinki xərçəng eyni zamanda ürək damar xəstəlikləri və qan təzyiqi və.s kimi xəstəliklərə gətirib çıxardır. Bu baxımdan insanlar nə yediklərinə mütləq diqqət etməlidirlər. Ola bilsin qidalarına bugün az miqdarda pul xərcləyəcəklər ancaq sabah isə sağlamlıqları üçün nəinki artıq pul xərcləmək heç bir pul belə onların həyatın qutarmaya bilər. Bu səbəblərdən Məqsədim Bu sahə ilə məşğul olub həm insanları marifləndirmək eyni zamanda onların sağlam qida qəbul etmələrinə yardımçı olmaqdır.  

- FermadanEve.Az olaraq sırf hansı məhsulları satmağı planlayırsınız ?
- Hazırda əsas toyuq əti, kənd yumurtası,  bal,  evdə hazırlanmış qatıq, nehrə yağı, süd, qaymaq, xama, keçi südü, motal pendiri nəzərdə tutmuşuq. Gələcəkdə ehtiyac olacağı təqdirdə dana və quzu ətidə düşünürük. Ancaq doğrusu bunun üçün çox iş görülməlidir bazara girmək üçün. O baxımdan hazırda birbaşa məlumatım olduğu sahələr üzrə foks olmaq qərarındayam. Gələcək haqqında isə danışmaq hələ tezdi, indi edə biləcəymiz bir şey varsa gələcək haqda oda işləməkdir. Birdə qeyd edimki, bu kimi layihələrin təkcə Azərbaycanda deil,  başqa ölkələrdədə etmək planımız var. Sadəcə orda ola bilsin biraz fərqli olsun, çünki hər bazarın öz tələbatı var. Hazırda Azərbaycanda foks olub qidaları birbaşa özümüz hazırlayıb satmaq üzrə foks olmaq niyyətindəyəm. 

- Sonda bu qədər təhsildən sonra gəlib ferma işlətməyinizə ailənizin və ətrafdakıların reaksiyası necə oldu ?
- Bilirsiniz, mən 15 yaşımdan ailəmdən kənarda  tək yaşayıram. Ailəm mənə hədsiz böyük azadlıqlar verib. Bu baxımdan elə bir təziq olmadı əksinə dəstək oldu, ancaq söhbətlərdən hiss edirdimki,atam istəyir hər hansı bir işdə işləyim səhər çıxım axşam gəlim. Ancaq mən özümü biraz doğruldandan sonra bu sahədə o mənə hansı sahəmdə aslı olmayaraq uğur dilədiyini dedi. O baxımdan şanslıyamdaima mənə dəstək vərən ailəm var. Bu arada qeyd edimki,müştərilər yaxın zamandan sifarişlərini edə biləcəklər sadəcə biraz səbirli olsunlar. Və dəvətiniz üçün də sizə ayrıca təşəkkürümü bildirirəm. Minnətdaram.