Sənət 10:33 16.04.2019

Amerikalı aktrisa vəfat etdi

Məşhur amerikalı aktrisa Corciya Engel 71 yaşında vəfat edib.

Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, aktrisa Prinstonda həyatını itirib. Ölüm səbəbi hələlik dəqiq bilinmir.

Qeyd edək ki, Corciya Engel "Mary Tyler Moore Show” serialında iştirakı ilə məşhur idi. O, "Everybody Loves Raymond Show"dakı ifasına görə 3 dəfə Emmi Mükafatına layiq görülmüşdü.

Gülşən