Siyasət 14:37 07.06.2013

Amerikalı konqresmendən Respublika Günü bəyanatı

İyunun 4-də ABŞ Konqresinin Kentukki ştatından olan üzvü Ed Vitfild Azərbaycanın Respublika Gününün 95-ci ildönümü münasibətilə bəyanatla çıxış edib. 

Bu barədə Qaynar.info-ya Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, konqresmen bəyanatda Azərbaycanın əvvəl İraqda, indi isə Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlara töhfəsini xüsusi qeyd edib. 

O, Azərbaycanın terrorçuluğa qarşı mübarizə sahəsində 12 beynəlxalq konvensiyaya qoşulduğunu və bu sahədə regional sazişlər, NATO və ATƏT kimi beynəlxalq qurumlar vasitəsilə əməkdaşlıq etdiyini bildirib. Eyni zamanda, konqresmen Azərbaycanın Avropanın enerji təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulayıb.

Qaynar.info