Ölkə 16:37 30.07.2020

AMİP qurultaya hazırlaşır: Sədr kim olacaq?

Milli İstiqlal Partiyası qurultaya hazırlaşır.

Bu barədə Qaynarinfo-ya partiyanın sədr əvəzi Arzuxan Əlizadə deyib. O bildirib ki, partiyanın 11-ci qurultayı avqustun 15-də onlayn formatda keçiriləcək.

AMİP sədrliyinə iddalı namizədlərə gəlincə, Arzuxan Əlizadə dedi ki, bu günə kimi yalnız bir nəfərin namizədliyi irəli sürülüb:

"Mən özün namizədliyimi verməklə bağlı qərar vermişəm. Hələ ki, əlavə müraciət edən yoxdur. Digər müraciətləri də gözləyirik".

Qeyd edək ki, Milli İstiqlal Partiyasının X qurultayı 10 iyul 2010-cu ildə  keçirilib.

Bahar Rüstəmli