Dünya 10:12 13.11.2018

"Amnesty International" Myanma liderinə verdiyi mükafatı geri aldı

Beynəlxalq Əfv Təşkilatının (Amnesty International) Myanma lideri Aung San Suu Kyiyə verdiyi mükafat geri alınıb.

Qaynarinfo xəbər verir ki, 2009-cu ildə insan hüquqları uğrunda mübarizəsinə görə verilən mükafatın geri alınma səbəbi Aung Sanın Rohinca əhalisinə qarşı törədilənlərə göz yummasıdır.

Qeyd edək ki, 2017-ci ilin avqustunda Myanma hərbçiləri Arakan ərazisində yaşayan müsəlmanlara qarşı silahlı hücumlar təşkil edib. Nəticədə çox sayda insan öldürülüb və yüz minlərlə Rohinca müsəlmanı evlərini tərk etmək məcburiyyətində qalıb. Hadisə beynəlxalq təşkilatlar tərəfindən soyqırım kimi qiymətləndirilib.

Gülşən