Ölkə 11:04 06.02.2014

“Ana səni çox sevirəm” - İNTİHAR EDƏN QIZ

“Ana, sən çox yaxşı anasan, səni çox sevirəm”.

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Qaynar.info Lent.az-a istinadən xəbər verir ki, Nəsimi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Süleyman Rüstəm küçəsi 41, mənzil 29 ünvanında yaşayan 1999-cu il təvəllüdlü Əliyeva Çinarə Samir qızı özünü binanın 5-ci mərtəbəsindən atıb. Yeniyetmə qız hadisə yerindəcə keçinib.

İlkin baxış zamanı intihar edən məktəbli qızın üzərindən anasına yazdığı məktub aşkarlanıb. Ç.Əliyeva rus dilində yazdığı məktubda anasını çox sevdiyini yazıb:

“Ana, sən çox yaxşı anasan, səni çox sevirəm. Heç nəyi aydınlaşdırmayın, sadəcə məni dəfn edin. Həyatını Emil üçün davam elə”.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

İntiharın səbəbləri araşdırılır.


Qaynar.info