Maqazin 19:16 11.11.2014

“Anam məni döyə-döyə ZAQS-a apardı" - əməkdar artist

Əməkdar artist Səmayə Musayeva öz həyatı, anası ilə bağlı açıqlamalar verib. Axşam.az-ın məlumatına görə, “Düzünü desək” verilişinin qonağı olan aktrisa anasını heç vaxt bağışlamadığını bildirib:

“Çox kasıb dolanırdıq. Üç oğlan, bir qız idik. Anam bizi təkbaşına saxlayırdı. 14 yaşımda anam dedi ki, sənə bir kişi tapım, ərə verim bizə baxsın. Dedim ki, mən oxuyacam, ikimiz işləyək, qardaşlarımı saxlayaq. Mənə qulaq asmadı, getdi kişini tapdı, saldı evə, məni döyə-döyə ZAQS-a apardı. Orada dedilər ki, ondan sənə arvad, səndən ona ər olmayacaq. O, sənin adamın deyil. Buna baxmayaraq, evləndik. Övladım Mehman oldu. Bərk xəstələndim, qanım zəhərləndi. Həyat yoldaşım dedi ki, mən sənə baxmayacam, get, özün bilərsən. Anama bunu deyəndə, söyləyirdi ki, taleyini Allah yazıb. Anam o kişini evə gətirməklə həyatımı məhv etdi. 25 yaşımda universitetə girdim. Ondan ayrıldım. Öz doğma anamı heç vaxt bağışlamadım”.

Qaynar.info