İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumat açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Belə ki, 2022-ci ilin yanvarın 10-dan 15-dək olan müddətdə Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 14 piyada əleyhinə mina, 1 tank əleyhinə mina, 112 partlamamış hərbi sursat aşkarlanıb, 51,8 hektar ərazi təmizlənib
Şərhlər