Maqazin 14:21 06.10.2019

Anar Demet Akalının evində qolaq oldu (FOTO)

Türkiyədə olan stilist Anar Ağakişiyev müğənni Demet Akalının evində qonaq olub.

Qaynarinfo xəbər verir ki, Anar ifaçını makiyaj edib. O, birlikdə çəkilən fotolarını paylaşaraq bunları qeyd edib:

"Çoxdan arzuladığım Türkiyənin ən böyük pop sənətçisi Demet Akalının evinə dəvət olundum. Allah hər kəsin arzularını çin etsin, mənimkiləridə həmçinin. Bu arada arzumun yerinə yetməsinə görə də Selin Ciğerciyə çox təşəkkür edirəm. Allah səndən razı olsun, çox sağ ol dostum".