Sənət 16:14 10.04.2014

Anar əsərinə qoyulan qadağadan danışdı

“Mən bu əsərlə bağlı nə İsrafil İsrafilova, nə də Mədəniyyət və Turizm Nazirliyinə müraciət etməmişəm”. 

Qaynar.info xəbər verir ki, bunu AzNews.az-a Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçı Anar deyib. 

Qeyd edək ki, AzNews.az-a daxil olan məlumata görə, rejissor Rövşən Almuradlı xalq yazıçısı Anarın “Səhra yuxuları” əsərini Akademik Milli Dram Teatrda səhnələşdirmək istəyib. 

Amma teatrın direktoru İsrafil İsrafilov buna razılıq verməyərək, məsələnin Mədəniyyət və Turizm Nazirliyinin kurasiyasında olduğunu söyləyib. 

Qaynar.info