Maqazin 18:20 01.05.2019

Anar Mədətovun anasından canlı efirdə açıqlama: "10 ildir ayrı yaşayırdılar.." (FOTO)

Prodüser Anar Mədətovun anası, professor Mahirə Mədətova "Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan "Səni axtarıram" verilişində şokedici açıqlamalar verib.

Qaynarinfo Ölkə.Az-a istinadən xəbər verir ki, professor bildirib ki, oğlu və gəlini son on ildə ayrı yaşayırmışlar:

"Elnurə Zaqataladan gəlmişdi, sonradan Bakıda, Türkiyədə evlər aldılar. Oğlumun pulları ilə qohumlarının, qardaşının borcunu ödəyirdi. Anarın da, Elnurənin də on ildir öz həyatları var.  Oğlum hər şeyi ona verib evdən çıxıb. Amma Elnurə Anarın sürdüyü maşına da həbs qoydurub. Oğlum rahat nəfəs almaq üçün boşandı, amma özü istəyib evlənmişdi. İndi də Mahiri Anarın yerinə basıblar, maaş kartı əllərindədir".
Mahirə Mədətova oğlunun boşanmadan ailə qurmağa hazırlaşmasına da münasibət bildirib:
"Qız tərəfdən dedilər ki, babamız ağır vəziyyətdədir, ölür. Ona görə belə alındı".

Qeyd edək ki, A.Mədətov Elnurə Mədətovadan ayrılaraq Samirə Abbasova  adlı vizajistlə ailə qurmağa hazırlaşır.