Video 11:09 06.08.2018

Anar Nağılbazın 21 il əvvəl çəkdiyi film (VİDEO)

Xəbər verdiyimiz kimi, tanınmış reper Anar Nağılbaz dünən son mənzilə yola salınıb. 

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, reperin vəfatından sonra onun ifa etdiyi mahnılar sosial şəbəkə istidadəçiləri tərəfindən paylaşılıb. 

Məlumat üçün bildirmək istəyirik ki, mərhum 21 il əvvəl özünü rejissor kimi də sınamışdı. 

A. Nağılbazın 1997-ci ildə çəkdiyi "Bakı oğrusu" filmi həbsxanadan yeni çıxan Anarın dostu tərəfindən xəyanətə uğramasından bəhs edir. Anar başa düşür ki, həbsxana azadlıqdan daha ədalətliymiş. Belə vəziyyət film qəhrəmanının özünün məhvinə gətirib çıxarır. 

Ekran işində baş rolları Anar Nağılbaz, Əhməd Salahov və Validə ifa edirlər. Filmdə narkotik vərdişlər də tənqid olunur.