Video 12:53 18.09.2018

Anar Nəcəfli aparıcılığa qayıtdı (VİDEO)

Yeni mövsümə çox iddialı başlayan və yenilikləri bitməyən ARB telekanalında daha bir simanın adı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, uzun illərdir aparıcılıqdan uzaqlaşan Anar Nəcəfli yenidən efirlərə qayıdıb.

Belə ki, məşhur sima 24 sentyabrdan etibarən hər axşam saat 20/00-da ARB TV-də xəbərlər proqramına aparıcılıq edəcək.

Qeyd edək ki, Anar Nəcəfli həm də "Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəridir.