Sənət 18:22 17.06.2014

Anar yenidən sədr seçildi

Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib.

APA-nın məlumatına görə, AYB-nin bu gün keçirilən 12-ci qurultayında Anarın sədrliyə namizədliyi Fikrət Qoca tərəfindən irəli sürülüb. 

Qurultay nümayəndələri yekdilliklə Anarı növbəti müddətə AYB sədri postuna seçiblər. 

Onun sədrliyinin əleyhinə səs verən və bitərəf qalan olmayıb. 

Qurultay AYB-nın hazırkı katiblərinin də vəzifələrində qalmasına qərar verib.