Xəbər lenti

Anara nə olub? (AÇIQLAMA)
Ölkə 11:19 17.11.2025

Anara nə olub? (AÇIQLAMA)

"Anar müəllimin səhhətində heç bir problem yoxdur".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin rəsmisi Xəyal Rzazadə qurumun sədri Anar Rzayevin sosial şəbəkələrdə yayılan fotosuna aydınlıq gətirərkən deyib. 

O, fotonun köhnə olduğunu bildirib:

"Bu foto köhnədir, klinikada çəkilməyib. Anar müəllim yaxşıdır. Nə vaxtsa hava limanında çəkilib, daha sürətli getmək üçün təkərli arabadan istifadə olunub".

Qeyd edək ki, sosial şəbəkələrdə Rzayevin arabada fotosu yayılıb. Bu onun səhhətində ciddi problemlərin olması barədə xəbərlərin yayılmasına səbəb olub.

Anar Rzayev özü "Qafqazinfo"ya açıqlamasında səhhətində heç bir problemin olmadığını bildirib: "Lap yaxşıyam. Hansı klinikadır, heç xatırlamıram. Mənim klinikaya getməyim heç yadımda deyil. Yəqin ki, çoxdan çəkilib".

Bahar Rüstəmli
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->