Maqazin 18:05 30.12.2018

Ancelina Coli ABŞ prezidenti ola bilər

Məşhur Hollivud ulduzu Ancelina Coli siyasətə gələ biləcəyinin siqnalını verib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qatıldığı televiziya proqramlarından birində aktrisa siyasətə gəlmək istəyib istəməməsi ilə bağlı sualı cavablandırıb. Onun "bir gün ABŞ prezidenti olmağı düşünürmü" sualına verdiyi cavab hər kəsi təəccübləndirib.
 
"20 il öncə buna gülərdim, lakin indi mənə ehtiyac olan yerə gedə bilərəm", deyərək aktrisa siyasətə yaşıl işıq yandırıb.

Həm hökumətlərlə, həm də ordularla çalışa biləcəyini ifadə edən Coli hələlik siyasət mövzusunda səssiz qalmağı düşündüyünü də sözlərinə əlavə edib.