Xəbər lenti

Anelka "Fənər"ə qayıdır
İdman 15:34 27.04.2013

Anelka "Fənər"ə qayıdır

“Yuventus”un hücumçusu Nikolya Anelka Türkiyənin "Fənərbaxça" klubuna qayıda bilər.

Qol.Az-ın məlumatına görə, bu barədə Fransa mətbuatı xəbər  yayıb. Məlumatda bildirilir ki, “Fənərbaxça” nümayəndələrini Anelkanın geri dönməsi üçün ona təklif göndərib. “Şanxay Şenxua”da komanda yoldaşı Didye Droqbanın “Qalatasaray”a transfer olunmasından sonra fransalı da yenidən Türkiyəyə qayıtmağı düşünür. Anelka da Droqba kimi Çin klubundan məvacibini almadığı üçün müqaviləsini ləğv edib və “Yuventus”a keçib. Lakin İtaliyada da futbolçunun oyunu uğursuz alınıb. Mövsümün sonunda “qoca sinyora” ilə müqaviləsi bitən Anelkanın "Fənərbaxça"nın təklifə biganə qalmadığı bildirilib. 

Qeyd edək ki, Anelka 2004-2006-ci illərdə “Fənərbaxça”nın şərəfini qoruyub.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->