Dünya 09:34 19.01.2022

Ankaranın İrəvanla normallaşma prosesi: “Onların istəklərindən az şey asılıdır”

 "Rubinyanın fikirlərinə önəm vermək düzgün deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Ermənistanın Türkiyə ilə danışıqlarda xüsusi nümayəndəsi Ruben Rubinyanın ölkəsinin substantiv danışıqlarda maraqlı olduğu, daha məzmunlu danışıqların olacağına ümid etdikləri barədə səsləndirdiyi fikrinə münasibət bildirərkən deyib: 

"Türkiyə tərəfinin verdiyi açıqlamağa görə, İrəvanla normallaşma prosesi Ermənistanın Azərbaycanla münasibətlərindən asılıdır. Bu münasibətlər artıq qərar qəbuletmə mərhələsinə çatıb və bu qərarlar qəbul edilməlidir. Bunlar həyata keçirilsə, Türkiyə ilə münasibətlər də normallaşacaq. İlk növbədə bu, kommunikasiyaların açılması, sərhəd məsələsi, sülh müqaviləsinin imzalanması kimi üç məsələ ətrafında əldə olunacaq irəliləyişdən asılıdır. Eyni zamanda, Ermənistanın gündəliyində də onun istədiyi bir çox məsələlər var. 

İrəvanın substantiv danışıqlarda maraqlı olmasına gəldikdə isə, həmsöhbətimiz qeyd edir ki, onların istəkləri önəmli deyil:

"Onların istəklərindən az şey asılıdır”. 

Rüfət Sultan